ABŞ - Uels matçı bərabər bitdi DÇ-2022 - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının B qrupunun ABŞ - Uels matçı başa çatıb.
Redaktor.az xəbər verir ki, oyunda qalib müəyyənləşməyib.
Hərəyə bir qol vuran komandalar hərəyə bir xalla kifayətləniblər.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun ABŞ - Uels matçında ikinci qol vurulub.
Redaktor.az xəbər verir ki, qarşılaşmanın 81-ci dəqiqəsində Qaret Beyl penalti zərbəsi ilə hesabı bərabərləşdirib.
***
Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyununda hesab açılıb.
Redaktor.az xəbər verir ki, 36-cı dəqiqədə Timoti Vea Şimali Amerika təmsilçisini önə çıxarıb.
***
Qətərdəki dünya çempionatında ABŞ və Uels yığmaları arasında B qrupunun ilk tur oyunu başlayıb.
Redaktor.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun ilk turunda üz-üzə gələcək ABŞ və Uels yığmalarının start heyətləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:
ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams, Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Co. Sarcent
Uels: Ueyn Hennessi, Kris Mefam, Co Rodon, Ben Devis, Konnor Roberts, Itan Ampadu, Aaron Remzi, Harri Uilson, Neko Uillyams, Denie Ceyms, Qaret Beyl
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.