Amerikalı jurnalist Dünya Kubokunda köynəyinə görə saxlanıldı - FOTO

 10:31 22.11.2022     458

Amerikalı jurnalist Dünya Kubokunda oynanılan ABŞ-Uels qarşılaşmasında saxlanılıb. 

Redaktor.az xəbər verir ki, o bu barədə tviter hesabında paylaşım edib. 

Jurnalist eynicinsli münasibətləri dəstəkləmək üçün göyqurşağı rənglərində köynək geyinib. Nəticədə təhlükəsizlik işçiləri əvvəlcə onun matça daxil olmasına və göyqurşağı rəngli köynək geyinməyə icazə verilmədiyini bildiriblər.

Xatırladaq ki, bundan öncə FİFA bir neçə komandanın göyqurşağı rəngində "sevgi" yazılı qol sarğısı taxmasına mane olmağa çalışıb.

Nərmin VÜQARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən