Argentinadan gözlənilməz məğlubiyyət - DÇ-2022 - YENİLƏNİB

 16:24 22.11.2022     922

Qətərdə təşkil olunan DÇ-2022 davam edir.

Redaktor.az xəbər verir ki, mundialın 3-cü oyun günü C qrupunun oyunu ilə start götürüb.

Qrupun birinci matçında mundialın ilk böyük sensasiyası qeydə alınıb. Dünya çempionatının favoritləri sırasında göstərilən Argentina gözlənilmədən Səudiyyə Ərəbistanına məğlub olub.

Halbuki qarşılaşmada hesabı cənubi amerikalılar açıb. Erkən topun ardından argentinalıların daha 3 qolu ofsayd səbəbindən hesaba alınmayıb. Fasilədən sonra daha yaxşı təsir bağışlayan Səudiyyə Ərəbistanı geridönüş edərək, əzmkar qələbə qazanıb.

Qeyd edək ki, C qrupunun II turu çərçivəsində noyabrın 26-da Səudiyyə Ərəbistanı Polşa ilə, Argentina isə Meksika ilə qarşılaşacaq.

DÇ-2022, qrup mərhələsi
22 noyabr
C qrupu
14:00. Argentina – Səudiyyə Ərəbistanı - 1:2
Qollar: 
Lionel Messi, 10 (pen.) - Saleh Əl Şehri, 48, Salem Əl Daşsari, 53

14:14

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda hesab açılıb. 

Redaktor.az xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində Lionel Messi penalti zərbəsi ilə Argentinanı hesabda önə çıxarıb. 

14:01

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyunu başlayıb.

Redaktor.az xəbər verir ki, qarşılaşma saat 14:00-da start götürüb.

Vumart və Güvən reklamı Vumart Güvən