"Mançester Yunayted" Ronaldonu QOVDU

 21:20 22.11.2022     413

İngiltərənin "Mançester Yunayted" futbol klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə müqaviləni ləğv edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Qətərdəki dünya çempionatı başlamazdan əvvəl Ronaldo İngiltərənin "The Sun" nəşrinə müsahibə verərək, Hollandiya yığmasının hazırkı baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirib.

Klubun mətbuat xidməti xəbər verir ki, portuqaliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Kriştiano Ronaldo qarşılıqlı razılaşma əsasında "Mançester Yunayted"dən ayrılacaq. Klub ona "Old Trafford"da oynadığı 346 matçda 145 qol vurduğu böyük töhfəsinə görə təşəkkür edir və ona və ailəsinə gələcək üçün ən yaxşısını arzulayır. “Mançester Yunayted” Erik ten Haqın rəhbərliyi altında işləməyə diqqətini davam etdirir”, - deyə mətbuat xidmətinin məlumatında bildirilib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən