Məşhur futbol klubu satışa çıxarıldı

 11:35 23.11.2022     458

"Mançester Yunayted" klubu satışa çıxarılıb. 

Redaktor.az "independent"-ə istinadla xəbər verir ki, bu barədə Qlayzer ailəsi açıqlama verib.

Məlumata görə, satış klubun böyüməsini gücləndirmək üçün nəzərdə tutulub. Əsas məqsəd həm meydançada, həm də kommersiya baxımından fürsətlərdən yararlanmaqdır.

"Mançester Yunaytedin gələcəkdə maksimum dərəcədə inkişafını təmin etmək üçün bütün variantları qiymətləndirəcəyik", - deyə Avram Qleyzer bildirib. 

Nərmin VÜQARQIZI