İsveçrə Kameruna qalib gəldi - DÇ 2022

 16:28 24.11.2022     392

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk oyunu başa çatıb.

Redaktor.az-ın məlumatına görə, İsveçrə və Kamerun yığmaları qarşılaşıblar. Görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.

Bu qələbədən sonra İsveçrə yığması 3 xalla zirvədə qərarlaşıb. Xalı olmayan Kamerun sonuncudur.

Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.