Ronaldo Messinin rekordunu təkrarladı

 21:20 24.11.2022     233

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu dünya çempionatlarında iştirak baxımından Argentina yığması və Fransa PSJ-sinin hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Redaktor.az xəbər verir ki, 37 yaşlı forvard buna sayca 5-ci mundialında meydana çıxmaqla nail olub. Qətərdəki dünya çempionatında Qanaya qarşı H qrupunun ilk tur oyununda iştirak edən təcrübəli forvard Messi ilə yanaşı, Meksika yığmasının sabiq üzvləri Antonio Karbahal və Rafael Markes, həmçinin, Almaniya millisinin keçmiş hücumçusu Lotar Matteusa da çatıb.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl 2006, 2010, 2014 və 2018-ci il mundiallarına qatılıb (report).