Dünya çempionatı Neymar üçün bitdi? - AÇIQLAMA

 09:44 25.11.2022     655

Braziliyalı hücumçu Neymar ötən gün Brazilya-Serbiya (2:0) qarşılaşması zamanı zədələnib.   

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, topuğundan zədələnən futbolçu Dünya Kubokunda oynamağa davam edəcək.  

"Biz əminik ki, Neymar oynamağa davam edəcək, o, Dünya Çempionatında qalacaq", - deyə Brazilya millisinin baş məşqçisi Tite deyib.   

Onun sözlərinə görə, Tite hücumçusunun zədələndiyindən xəbərsiz olub. 

"Mən Neymarın incidiyini görmədim. O, bunun öhdəsindən gəlmək qabiliyyətinə malik futbolçudur, hətta məni aldatdı", - deyə məşqçi əlavə edib.

Nərmin VÜQARQIZI