"Hakimlər Ronaldoya xüsusi hədiyyə verdilər" - Qananın baş məşqçisi

 18:05 25.11.2022     175

Dünya Çempionatının H qrupunda baş tutan Portuqaliya-Qana matçı Portuqaliyanın 3-2 hesablı qələbəsi ilə başa çatıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Qana millisinin baş məşqçisi Otto Addo oyundan sonra qalmaqallı açıqlama verib.

Kriştiano Ronaldonu hədəfə alan Addo "Ardıcıl 5-ci dünya çempionatında qol vurduğu üçün Ronaldonu təbrik edirəm. Hakimlər ona xüsusi hədiyyə verdilər" - deyə, bildirib.

Hakimi də tənqid edən 47 yaşlı baş məşqçi, "Məncə, hakim penalti ilə bağlı səhv qərar verdi. Bundan sonra hər şey bizim üçün çətinləşdi. Portuqaliya birinci dərəcəli komandadır. Amma biz cəsarətli və şanslı idik" - deyə, sözlərinə davam edib.