Ekvador millisi Niderlandla hesabı bərabərləşdirdi

 21:25 25.11.2022     319

Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyununda hesab bərabərləşib.

Redaktor.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi Enner Valensiyanın 49-cu dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyununda ikinci hissə başlayıb.

Redaktor.az xəbər verir ki, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyununda ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, "narıncılar" fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 6-cı dəqiqədə Kodi Qakpo vurub.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyununda erkən qol vurulub.

Redaktor.az xəbər verir ki, 6-cı dəqiqədə Kodi Qakpo Avropa təmsilçisini hesabda önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyunu başlayıb.

Redaktor.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda üz-üzə gələcək Niderland və Ekvador yığmalarının start heyətləri açıqlanıb.

Redaktor.az- ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

Niderland: Andris Noppert, Denzel Dümfris, Vircil van Deyk (k), Natan Ake, Deyli Blind, Frenki De Yong, Kodi Qakpo, Devi Klassen, Stiven Berqveyn, Yurrien Timber, Tön Kopmeyners

Ekvador: Ernan Qalindes, Feliks Torres, Pyero İnkapye, Pervis Estupinyan, Anxelo Presiado, Qonsalo Plata, Ceqson Mendes, Moyses Kaysedo, Mikael Estrada, Enner Valensiya (k), Cekson Poroso

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən