Argentina millisi Meksikanı məğlub etdi - DÇ-2022
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir oyun baş tutub.
Redaktor.az xəbər verir ki, C qrupunun II turunda Argentina və Meksika komandaları üz-üzə gəlib.
Qarşılaşma Argentinanın 2:0 hesablı qələbəsi ilə bitib. 64-cü dəqiqədə Lionel Messi baxımlı qola imza atıb. 87-ci dəqiqədə isə Entso Fernandes fərqi daha da artırıb.
Mundialda birinci qələbəsini əldə edən "tanqoçular" ilk üç xalını qazanıb və ikinci pilləyə yüksəlib. Qrupa 4 xalla Polşa kollektivi başçılıq edir. Səudiyyə Ərəbistanı 3 xalla üçüncü, Meksika 1 xalla sonuncu sıradadır.
Sonuncu - III turda Polşa Argentina ilə, Səudiyyə Ərəbistanı isə Meksika ilə görüşəcək. Həmin matçlar noyabrın 30-da olacaq.
***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda növbəti qol vurulub.
Redaktor.az xəbər verir ki, Argentina seçməsindən Antso Fernandes 87-ci dəqiqədə fərqi iki topa çatdırıb - 2:0.
***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda hesab açılıb.
Redaktor.az xəbər verir ki, 64-cü dəqiqədə Lionel Messi Argentina seçməsini hesabda önə keçirib - 1:0.
***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda ikinci hissə başlayıb.
Redaktor.az xəbər verir ki, hələlik qarşılaşmada hesab açılmayıb.
***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyununda ilk hissə başa çatıb.
Redaktor.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
***
Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.
Redaktor.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Argentina və Meksika yığmalarının start heyətləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:
Argentina: Dibu Martinez, Qonsalo Montiel, Lisandro Martinez, Nikolas Otamendi, Markos Akunya, De Paul, Quido Rodrigez, Aleksis Makallister, Anxel Di Mariya, Lautaro Martinez, Lionel Messi.
Meksika: Gilerme Oçoa, Ronald Arauxo, Sesar Montes, Ektor Moreno, Edson Alvarez, Ektor Errera, Andres Quardado, Luis Çavez, Xesus Qalyardo, İrvinq Lozano, Aleksis Veqa
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.












