Ronaldonu onlardan biri əvəzləyəcək

 11:20 27.11.2022     459

İngiltərənin "Mançester Yunayted" klubunda Kriştianu Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub.

Redaktor.az ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq İtaliya "Milan"ından Rafael Leau və ya Niderland PSV-sindən Kodi Qakponun heyətə cəlb edilməsini istəyir.

Mütəxəssis qışda bu oyunçulardan birinin transfer olunmasını tələb edib.

Qeyd edək ki, "Mançester Yunayted" noyabrın 22-də Ronaldunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən