Kosta-Rika Yaponiyaya qalib gəldi - DÇ-2022

 16:34 27.11.2022     447

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Redaktor.az-ın məlumatına görə, günün ilk matçında E qrupunda Yaponiya və Kosta Rika yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Mərkəzi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 81-ci dəqiqədə Keyşer Fuller vurub.

Kosta Rika qələbə sayəsində ilk 3 xalını qazanıb. Qrup lideri İspaniyanın və ikinci sıradakı Yaponiyanın da 3 xalı var. Xalsız olan Almaniya seçməsi sonuncu sıradadır.

Qrupun digər görüşündə Bundestim İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən