Rusiya kuboku matçında kütləvi dava - VİDEO

 21:00 27.11.2022     493

"Zenit” və “Spartak”ın futbolçuları Rusiya Kubokunun qrup mərhələsinin son tur matçında kütləvi dava salıblar.

Redaktor.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Zenit” qalib gəlib - 4:2.

İkinci hissənin sonunda Vilmar Barrios “Spartak”dan Şamar Nikolsona qarşı kobudluq edib və sarı vərəqə alıb. Bu, artıq hər iki komandanın futbolçularının bu görüşdə qazandıqları 10-cu xəbərdarlıq olub.

Final fiti səslənəndən sonra Barrios və Nikolson arasında başlayan mübahisə kütləvi davaya çevrilib. Hər iki komandanın oyunçuları, o cümlədən əvəzedicilər, həmçinin məşqçilər və təhlükəsizlik işçiləri münaqişəyə qoşulublar.

Futbolçuları çətinliklə ayırıb meydandan uzaqlaşdırmaq mümkün olub. Nəticədə, hər iki komandadan 6 futbolçuya qırmızı vərəqə göstərilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən