Veteranlar nokaut üçün üz-üzə gələcək...

 18:41 28.11.2022     789

Dünya futbolunun ən qorxulu hücumçularından ikisi - argentinalı 35 yaşlı Lionel Messi və polşalı 34 yaşlı Robert Levandovski çərşənbə günü - 30 noyabrda Dünya Kubokunda üz-üzə gələcək.

Redaktor.az "Reuters"-ə istinadla xəbər verir ki, iki futbol nəhənginin təmsil olunduğu yığmalar Dünya Kubokunda son 16-cı yeri tutmaq üçün mübarizə aparacaq.

C qrupunda 3 xalla ikinci olan Argentina polyaklardan bir xal geridər. Argentinanın Üçüncü Dünya Kuboku titulu uğrunda mübarizəyə davam edə bilmək üçün qazanmaqdan başqa çıxış yolu yoxdur. 

1986-cı ildən pley-off mərhələsinə çıxa bilməyən Polşa Argentinaya ya qalib gəlməli, ya da heç-heçə etməlidir.

Xatırladaq ki, bu hər iki futbolçunun sonuncu mundialı ola bilər. 

Nərmin VÜQARQIZI

 

 

Vumart və Güvən reklamı Vumart Güvən