Futbol azarkeşlərinin nəzərinə! - DÇ-2022-nin son 8 oyunu bu kanalda yayımlanacaq

 18:34 28.11.2022     743

İctimai Televiziya (İTV) Qətərdə keçirilən futbol üzrə dünya çempionatı qrup mərhələsinin son turunun oyunları ilə bağlı məlumat yayıb.

Redaktor.az xəbər verir ki, İTV və CBC Sport qrup mərhələsinin oyunlarının yayımı ilə bağlı razılığa gəliblər.

"Məlum olduğu kimi, Qətərdə keçirilən Futbol üzrə dünya çempionatında qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır. Ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün CBC Sport telekanalı ilə razılaşma əldə edib. Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu CBC Sport telekanalında yayımlanacaq", - deyə İTV-nin açıqlamasında deyilir.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən