FİFA Almaniya Futbol Federasiyasına qarşı istintaqa başladı
FİFA Almaniya Futbol Federasiyasına qarşı istintaqa başlayıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Almaniya komandasının mətbuat konfransına qatılmaması olub.
Bildirilib ki, ölkə Dünya Kuboku qaydalarının 44-cü maddəsini pozulmaqda günahlandırılır.
Qeyd edək ki, futbolçulardan heç biri İspaniya ilə oyundan öncə mətbuat konfransına qatılmayıb.












