"Qarabağ" "Zirə" ilə oyunda xal itirdi

 21:01 28.11.2022     305

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, lider "Qarabağ" "Zirə" komandasını qəbul edib. "Azersun Arena"dakı qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Bu, "köhlən atlar"ın cari mövsümdə ikinci xal itkisi olub.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran Ağdam təmsilçisi ilk pillədəki mövqeyini qoruyub. 23 xalı olan "qartallar" isə 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1. Tura noyabrın 29-da "Turan Tovuz" - "Sabah" və "Sumqayıt" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.