"Yuventus"un prezidenti və vitse-prezidenti istefa verdi

 09:06 29.11.2022     269

İtaliya "Yuventus"unun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.

Redaktor.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə dörə, sözügedən funksionerlərlə yanaşı, idarə heyəti də tam tərkibdə vəzifəsindən ayrılıb.

Növbəti aylarda Turin təmsilçisinin yeni strukturunun formalaşdırılacağı vurğulanıb.

Qeyd edək ki, Andrea Anyelli 2010-cu ildən, Pavel Nedved isə 2016-cı ildən "Yuventus"da hazırkı vəzifəni tuturdu.