ABŞ-İran matçında insident gözlənilir - FOTO
Bu gün düşmən ölkələr olan ABŞ və İranın futbol üzrə yığmaları Dünya Çempionatında üz-üzə gələcəklər.
Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, bəzi iranlılar stadionun tribunasında gərginliyin olacağından və ölkədəki şiddətli etirazlara görə hökumətyönlü azarkeşlərin amerikalılarla toqquşmalarından qorxurlar.
Qeyd olunur ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin həbsdə öldürülməsindən sonra İranı bürüyən iğtişaşların fonunda gərginliyin alovlanmasının qarşısını almaq üçün stadionda təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Həmidə İbrahimova














