Niderland millisi 2 cavabsız topla 16-lığa düşdü - DÇ-2022 - YENİLƏNİb

 21:10 29.11.2022     878

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Redaktor.az xəbər verir ki, Lui Van Qalın baş məşqçi olduğu komanda A qrupunun sonuncu - III turunda ev sahibi Qətər seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 26-cı dəqiqədə Kodi Qakpo, 49-cu dəqiqədə Frenki de Yonq vurub.

"Narıncılar" 7 xalla qrup lideri kimi növbəti raunda yüksəlib. Niderland yığması pley-offda B qrupunda ikinci yeri tutan komanda ilə görüşəcək. 

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub. 

Redaktor.az xəbər verir ki,, Avropa təmsilçisinin heyətində Frenki de Yonq 49-cu dəqiqədə fərqi iki topa çatdırıb - 2:0. 

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb. 

Redaktor.az xəbər verir ki,  26-cı dəqiqədə Kodi Qakpo Avropa təmsilçisini hesabda önə keçirib - 1:0.

Vumart və Güvən reklamı Vumart Güvən