İngiltərə 1/8 finalda - DÇ-2022

 08:16 30.11.2022     506

Futbol üzrə İngiltərə millisi dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib. 

Redaktor.az xəbər verir ki, ingilislər B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanıb.

Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən İngiltərə qrup lideri kimi növbəti mərhələyə çıxıb. 

Qeyd edək ki, 1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən