Sabah dünya çempionatında bir ilk yaşanacaq
FİFA 2022-ci il dünya çempionatının E qrupunda dekabrın 1-i keçiriləcək oyunları idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Redaktor.az xəbər verir ki, "Əl-Bayt" Stadionunda oynanılacaq Kosta Rika-Almaniya matçını fransalı qadın hakim Stefani Frappart idarə edəcək.
Məlumata görə, qadın hakimlər Neuza Back və Karen Diaz Frappartın köməkçiləri olacaq.
Qeyd edək ki, S.Frappart dünya çempionatında oyunu idarə edən ilk qadın hakim kimi tarixə düşəcək.
Nərmin VÜQARQIZI















