Son 16-lığa yüksələn və aşkar cütlüklər məlum oldu - DÇ-2022

 11:56 30.11.2022     377

DÇ-2022 Qətərdə davam edərkən, qruplarda oynanılan son matçlar ilə qrupdan çıxan komandaların adları bilinib.

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, son 16-lığa yüksələcəyi dəqiq olan komandalar və aşkar cütlüklər bəlli olub. 

2022-ci il Qətər Dünya Çempionatında 1/16-da qalmağı bacaran İngiltərə son matçda Ekvadoru məğlub edən Seneqalla üz-üzə gələcək. 

Qrupu lider tamamlayaraq 1/8 finala yüksələn Hollandiya son matçda İranı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayan ABŞ-la qarşılaşacaq.

Fransa isə D qrupunda Danimarkanı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqəni təmin edib. Fransızlar noyabrın 30-u Tunisə qarşı oynayacaq.

Braziliya millisi qrup mərhələsində ilk iki oyununda qalib gələrək adını növbəti mərhələyə yazdırıb. Braziliya növbəti matçını dekabrın 2-də saat 22:00-da Kameruna qarşı keçirəcək.

Dünya çempionatının H qrupunda mübarizə aparan Portuqaliya da ilk 2 oyununda qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Millinin son oyunu dekabrın 2-də Cənubi Koreyaya qarşı olacaq.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən