Ronaldo bu klubda ildə 200 milyon avro qazanacaq

 16:25 30.11.2022     302

“Mançester Yunayted”dən ayrılan Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçməyə yaxındır.

Redaktor.az "Marca"ya istinadən bildirir ki, artıq ulduz futbolçu ilə klub rəhbərliyi sövdələşməni imzalamağa yaxındır.

Portuqaliyalı hücumçu ilə iki il yarımlıq müqavilənin imzalanacağı gözlənilir.

Ronaldunun “Əl-Nəsr”də keçirdiyi hər mövsümə görə 200 milyon avro qazanacağı bildirilib.

Tunar Altunbay