1/8 finalın daha bir iştirakçısı bəlli oldu - DÇ-2022

 20:56 30.11.2022     347

Qətərdə keçirilən dünya çempionatında 1/8 finalın daha bir iştirakçısı bəlli olub.

Redaktor.az xəbər verir ki, D qrupunun III turunda Danimarka yığmasını minimal hesabla məğlub edən Avstraliya adını pley-offa yazdırıb. "Yaşıl qitə" təmsilçisinə qələbə qazandıran qolu 60-cı dəqiqədə Mettyu Leki vurub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Avstraliya seçməsi Fransadan sonra qrup ikincisi kimi növbəti mərhələyə adlayıb. Komanda bu raundda C qrupunu ilk sırada bitiran yığma ilə qarşılaşacaq.