Fransa millisi qrupu lider kimi başa vurdu - DÇ-2022

 21:10 30.11.2022     321

Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.

Redaktor.az xəbər verir ki, son turda Tunis yığması ilə qarşılaşan "xoruzlar" 1:1 hesablı heç-heçəyə razılaşıb.

Hesabı 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri açıb. Əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə isə Antuan Qrzimann yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Fransa seçməsi 1/8 finala birincisi kimi yüksəlib Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.