Futbolçu dünya çempionatındakı qələbəni qayınanasına HƏSR ETDİ
Avstraliya millisinin müdafiəçisi Beyli Rayt Qətərin "Əl-Cənub" stadionunda Avstraliya-Danimarka matçındakı 1-0 hesablı qələbəni qayınanasına həsr edib.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, futbolçu oyundan öncə qayınanasının səhhətinin yaxşı olmadığını öyrənib.
"Mən indicə həyat yoldaşımdan mesaj almışam. Bu qələbəni həyat yoldaşıma və qayınanama həsr edirəm. Düzü, hazırda onun həyatda olub-olmadığını bilmirəm", - deyə o, jurnalistlərə bildirib.
Nərmin VÜQARQIZI












