Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəldi - DÇ-2022

 09:30 02.12.2022     324

Yaponiya və İspaniya yığmaları Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, iki kollektiv E qrupunun son turunda üz-üzə gəlib. Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra yaponiyalılar 6 xalla qrup lideri olublar. 4 xalı olan ispaniyalılar isə 2-ci yerin sahibi kimi pley-offa adlayıb.

Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

Vumart və Güvən reklamı Vumart Güvən