Cənubi Koreya yığması portuqaliyalıları meydandan peşman yola saldı - DÇ 2022
Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsini məğlubiyyətlə başa vurub.
Redaktor.az xəbər verir ki, Avropa təmsilçisi H qrupunun son matçında Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran Cənubi Koreya millisi 2-ci pilləyə yüksəlib. 6 xalı olan Portuqaliya hələlik ilk pillədə qərarlaşıb. Qrupun digər oyununda Uruqvay yığması Qanaya 2:0 hesabı ilə qalib gəlir. Hesab dəyişməsə, Portuqaliyadan sonra Cənubi Koreya kollektivi pley-offa adlayacaq.












