"Qarabağ" "Neftçi"ni darmadağın etdi

 23:25 02.12.2022     348

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Redaktor.az xəbər verir ki, günün yaganə oyununda "Neftçi" klubu "Qarabağ"ı qəbul edib.

“Bakcell Arena”da keçirilən qarşılaşma Ağdam komandasının 4:0 hesablı qələbəsi ilə bitib.

"Qarabağ"ın qollarını 37-ci dəqiqədə Kadi Borges, 60-cı dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Ramil Şeydayev vurub. 83-cü dəqiqədə Kadi Borges cərimə zərbəsindən baxımlı qola imza ataraq dubl edib.

Bu qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Qarabağ” komandası birinci pillədə qərarlaşıb, "Neftçi" isə 32 xalla üçüncü sıradadır.

“Neftçi” – “Qarabağ” - 0:4

Qollar: Kadi Borges, 37, Abdullah Zubir, 60, Ramil Şaydayev, 67, Kadi Borges, 83

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

“Bakcell Arena”

 

 

Vumart və Güvən reklamı Vumart Güvən