Futbolçu FİFA direktorunu vurub - DÇ-2022

 11:44 03.12.2022     404

DÇ-2022-də qalmaqal qeydə alınıb.

Redaktor.az "Apasport.az"a istinadla xəbər verir ki, xoşagəlməz hadisə Uruqvayla Qana arasında matçdan sonra yaşanıb.

Cənubi amerikalıların müdafiəçisi Xose Ximenes final fitindən sonra hakim Daniel Zibertə yaxınlaşmaq istəyib. O, qarşısına çıxan FİFA direktoru Kolina Smitrin başına dirsək zərbəsi vurub. Sonra hər ikisinin ünvanına təhqirlər yağdıran uruqvaylı onları oğru adlandırıb. Ximenesi cərimə və ağır diskvalifikasiya gözləyir.

Qeyd edək ki, 2:0 hesabı ilə qalib gələn Uruqvay qrupda qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən