Daha bir uruqvaylı oyunçunu ağır cəza GÖZLƏYİR - VİDEO
Matçın sonunda qalib gəlsə də, dünya çempionatından kənarlaşdırılan Uruqvay millisinin təcrübəli hücumçusu Kavani qalmaqal yaradıb.
Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, matçın sonunda depressiyaya düşən Edinson Kavani paltardəyişmə otağına gedərkən VAR monitoruna yumruq vurub. Zərbədən yerə düşən monitor xarab olub. Həmin anları azarkeşlər lentə alıb.
Məlumata görə, Kavani bu hərəkətinə görə FİFA tərəfindən misli görünməmiş cəza ilə qarşılaşa bilər.
Nərmin VÜQARQIZI












