Azərbaycanlı nazir beynəlxalq qurumun prezidenti seçildi
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastikası İttifaqının 29-cu Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib. Portuqaliyanın Albufeyra şəhərində keçirilən seçkidə Fərid Qayıbov yeganə namizəd olub və 45 səsdən 44-nü qazanıb.
Bu barədə Redaktor.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Qeyd edək ki, Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsini icra edir.












