Niderland 1/4 finala yüksəldi - YENİLƏNİB

 21:15 03.12.2022     432

Niderland yığması Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Redaktor.az xəbər verir ki, Avropa təmsilçisi ABŞ yığmasını 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Niderlandın 1/4 finalda rəqibi Argentina – Avstraliya cütünün qalibi olacaq.

***

Dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 4-cü qol vurulub.

Redaktor.az xəbər verir ki, 81-ci dəqiqədə Denzel Dümfriz niderlandlıların 3-cü qolunun müəllifi olub - 3:1.

***

Dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 3-cü qol vurulub.

Redaktor.az xəbər verir ki, 76-cı dəqiqədə amerikalıların heyətində Hadji Rayt hesab arasındakı fərqi minimuma endirib - 1:2.

***

Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

Redaktor.az komandalar fasiləyə Avropa təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə yollanıblar.

***

Niderland və ABŞ yığmaları arasında keçirilən 1/8 final oyununda hesab açılıb.

Redaktor.az xəbər verir ki, matçın 10-cu dəqiqəsində Memfis Depay niderlandlıları hesabda önə keçirib.

 

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

Redaktor.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.