Messi karyerasında 1000-ci oyununa çıxdı

 23:10 03.12.2022     625

Argentina millisinin futbolçusu Lionel Messi peşəkar karyerasında 1000-ci oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, 35 yaşlı hücumçunun yubileyi Qətərdə keçirilən dünya çempionatında Avstraliya ilə 1/8 final mərhələsinin matçına təsadüf edib.

Təcrübəli forvard İspaniya "Barselona"sında 778, hazırkı klubu Fransa PSJ-sində 53, yığmada isə 169 dəfə meydanda olub.

Qeyd edək ki, Argentina - Avstraliya qarşılaşmasında hələlik hesab açılmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən