Argentina millisi 1/4 finalda! - DÇ-2022

 01:03 04.12.2022     943

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

Redaktor.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib. 

Argentinanın qollarını 35-ci dəqiqədə komandanın kapitanı Lionel Messi, 57-ci dəqiqədə Julian Alvares vurub. Avstraliya yığmasının heyətində Kreyq Qudvin 77-ci dəqiqədə fərqlənib. 

Qeyd edək ki, Argentina 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq.