Messinin oyun və qol SAYI

 01:43 04.12.2022     574

Futbol üzrə Argentina millisinin üzvü Lionel Messi karyerasında 789-cu qolunu vurub.

Redaktor.az xəbər verir ki, ulduz futbolçunun bu qolu Qətərdə keçirilən DÇ-2022-nin 1/8 finalında Avstraliyaya qarşı keçirilən oyunda qeydə alınıb.

Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatan bu matç həm də Messinin karyerasında 1000-ci oyun olub.

Qeyd edək ki, Lionel Messi "Barselona"nın heyətində 778 oyuna 672 qol, PSJ-nin heyətində 53 oyuna 23 qol, Argentina millisinin heyətində isə 169 oyuna 94 qol vurub.

Onu da əlavə edək ki, argentinalı futbolçu hazırda davam edən dünya çempionatında rəqib qapılarından 3 qol keçirib.

Turan İSMAYIL