Hər futbolçuya 450 min veriləcək - Çempion olsalar

 17:45 04.12.2022     341

İngiltərə millisi futbol üzrə dünya çempionatının qalibi olarsa, yığmanın hər bir futbolçusu 450 min funt sterlinq mükafat alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilib ki, İngiltərə millisinin futbolçuları mundialda hər növbəti mərhələyə yüksəldiklərinə görə bonuslar almaq hüququna malikdirlər.

Qeyd edək ki, İngiltərə yığması bu gün Qətərdə keçirilən çempionatın 1/8 finalında Seneqalla qarşılaşacaq.