Fransa Polşaya qalib gəldi - DÇ-2022

 21:00 04.12.2022     569

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa Polşaya qalib gəlib. 

Redaktor.az xəbər verir ki, matçın son anlarında dördüncü qol vurulub.

Belə ki, qarşılaşmanın 90+9-cu dəqiqəsində Levandovski penalti zərbəsi ilə Polşanın heyətində fərqi azaldıb. 

Onun zərbəsini əvvəlcə Fransanın qapıçısı Üqo Lloris tutsa da, hakim bildirib ki, zərbə yenidən təkrarlanmalıdır. 

Hücumçu ikinci cəhdində şansı əldən verməyib və qolu reallaşdırıb. 

Bu, matçdakı son hadisə olub. Hakim qarşılaşmanı bitirib. 

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa - Polşa matçında ikinci qol vurulub.

Redaktor.az xəbər verir ki, matçın 74-cü dəqiqəsində Fransanın heyətində Kilian Mbappe fərqi artırıb. 

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa - Polşa matçında ikinci hissə başlayıb. 

Redaktor.az xəbər verir ki, ilk hissə Fransanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa - Polşa matçında ilk hissə başa çatıb. 

Redaktor.az xəbər verir ki, ilk hissə Fransanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. 

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa - Polşa matçında hesab açılıb. 

Redaktor.az xəbər verir ki, matçın 44-cü dəqiqəsində Fransanın heyətində Olivye Jiru hesabı açıb.