Olivye Jiru Fransa millisinin tarixinə düşdü

 20:25 04.12.2022     268

İtaliya “Milan”ında çıxış edən Olivye Jiru Fransa millisinin tarixinə düşüb.

Redaktor.az xəbər verir ki, 36 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyununda qol vurmaqla nail olub.

44-cü dəqiqədə fərqlənən təcrübəli forvard qollarının sayını 52-yə çatdırmaqla Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. 3-cü pillədə 42 qolla İspaniyanın “Atletiko” (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.

Qeyd edək ki, hazırda Fransa - Polşa görüşündə fasilədir. İlk hissədən sonra “xoruzlar” məhz Jirunun yeganə qolu ilə hesabda öndədir - 1:0.