Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə anlaşdı

 16:05 05.12.2022     305

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə anlaşıb.

Redaktor.az "Marca"ya istinadla xəbər verir ki, 37 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanacaq.

Sözləşmənin 2023-cü il yanvarın 1-də qüvvəyə minəcəyi iddia olunur.

Təcrübəli forvardın illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı vurğulanıb.

Qeyd edək ki, Kriştiano Ronaldonun son klubu İngiltərə "Mançester Yunayted"i olub. "Qırmızı şeytanlar" futbolçunun qalmaqallı müsahibəsindən sonra onunla yolları ayırıb.