“Barselona” ona görə Messidən imtina etdi

 17:49 05.12.2022     323

“Barselona” Lionel Messini geri qaytarmaq fikrində deyil. Belə ki, Kataloniya klubunun rəhbərliyi hücum xəttində daha gənc oyunçu almağa üstünlük verir.

Redaktor.az "El NacionalMənbə iddia edir ki, “Barselona”nın direktorlar şurasında Messinin qayıdışı ilə “Mançester Siti”dən Bernardo Silvanın transferi arasında seçimlə bağlı uzun müddət müzakirələr aparılıb.

“Barselona”nın prezidenti Joan Laporta əvvəlcə əfsanəvi argentinalının geri qayıtmasının tərəfdarı olub, lakin idarə heyəti onu daha gənc olan portuqaliyalı oyunçuya üstünlük verməyə inandıra bilib.

Xatırladaq ki, L.Messi “Barselona”nı 2021-ci ildə tərk edib.