Xorvatiya penaltilərlə yaponları Qətərdən başıaşağı yola saldı - DÇ-2022

 22:00 05.12.2022     1063

Xorvatiya millisi dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı məğlub edərək, mərhələ adlayıb.

Gərgin keçən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qalib müəyyənləşmədiyindən penaltilər seriyası təyin olunub. Penaltilərdə daha dəqiq oynayan (4:1) Xorvatiya yığması adını növbəti mərhələyə yazdırıb.

***

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final matçında əlavə vaxt başa çatıb.

Redaktor.az xəbər verir ki, burada da hesab (1:1) dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunacaq.

****

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.

Redaktor.az 55-ci dəqiqədə Avropa təmsilçisindən İvan Perişiç tarazlığı bərpa edib - 1:1.

***

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, Asiya təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Daydzen Maeda vurub.

***

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyununda hesab açılıb.

Redaktor.az xəbər verir ki, 44-cü dəqiqədə Daydzen Maeda Asiya təmsilçisini önə keçirib -1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyunu başlayıb.

Redaktor.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

Vumart və Güvən reklamı Vumart Güvən