FIFA Uruqvay futbolçuları barədə araşdırmalara başladı

 20:23 05.12.2022     247

FIFA Uruqvay millisinin oyunçuları ilə bağlı araşdırmalara başlayıb.

Redaktor.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Fernando Muslera, müdafiəçilər Xose Mariya Ximenes və Dieqo Qodin, həmçinin hücumçu Edinson Kavaniyə intizam işi açılıb.

Onlar Qətərdə keçirilən dünya çempionatında Qana yığmasına 2:0 hesabı ilə qalib gəldikləri H qrupunun III tur oyununda baş hakim Daniel Zibertə qarşı kobud və təcavüzkar davranışda ittiham olunurlar.

Futbolçular epizodların birində almaniyalı referinin penalti təyin etməməsinə sərt reaksiya veriblər,

Qeyd edək ki, Uruqvay millisi qrup mərhələsində mundialla vidalaşıb.