Dünya çempionatında günün matçları

 09:12 06.12.2022     301

Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.

Redaktor.az xəbər verir ki, bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olacaq.

Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.

1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi maksikalı Sesar Arturo Ramos olacaq.