Mbappe İngiltərəyə qarşı oyunu buraxa bilər

 20:50 06.12.2022     362

Fransa millisinin futbolçusu Kilian Mbappe Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı keçirəcəkləri 1/4 final oyununu buraxa bilər.

Redaktor.az xəbər verir ki, topuğundakı ağrılardan əziyyət çəkən 24 yaşlı hücumçu komandasının bugünkü məşqində iştirak etməyib.

Ölkəsində PSJ-nin formasını geyinən forvard idman zalında bərpa prosesi keçir. Onun vacib qarşılaşmada meydana çıxıb çıxmayacağı sual altındadır.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək İngiltərə - Fransa görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq (report).