Portuqaliya İsveçrəni darmadağın etdi - YENİLƏNİB

 00:55 07.12.2022     545

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

Redaktor.az-ın məlumatına görə, bu raundun son oyununda Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Rəqibini 6:1 hesabı ilə darmadağın edən Pireney təmsilçisi 1/4 finala yüksəlib.

Fernandu Santuşun baş məşqçi olduğu kollektivdən qolları 17, 51 və 67-ci dəqiqələrdə Qonsalu Ramuş, 33-cü dəqiqədə Pepe, 55-ci dəqiqədə Rafael Gerreyru və 90+2-ci dəqiqədə Rafael Leao vurublar. İsveçrəlilərin təsəlli qoluna isə 58-ci dəqiqədə Manuel Akanci imza atıb.

Qeyd edək ki, Portuqaliya millisinin 1/4 finaldakı rəqibi Mərakeş olacaq. Qarşılaşma dekabrın 10-da keçiriləcək.

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final oyununda növbəti qol vurulub.

Redaktor.az xəbər verir ki, portuqaliyalılar 5-ci dəfə rəqibi cəzalandırıb. 67-ci dəqiqədə Qonsalu Ramuş het-trik edib.

***

Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final oyununda hesab yenidən dəyişib.

Redaktor.az xəbər verir ki, 55-ci dəqiqədə Rafael Gerreyru komandasının 4-cü qolunu vurub. Cəmi 3 dəqiqə sonra İsveçrə futbolçusu Manuel Akanci buraxılan toplardan birinin əvəzini çıxıb.

***

Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final oyununda 3-cü qol vurulub.

Redaktor.az xəbər verir ki, 51-ci dəqiqədə Portuqaliya komandasından Qonsalu Ramuş növbəti dəfə fərqlənib - 3:0.

***

Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab dəyişib.

Redaktor.az xəbər verir ki, matçın 33-cü dəqiqəsində Pepe Portuqaliyanın ikinci qoluna imza atıb.

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və İsveçrə yığmaları arasında 1/8 final mərhələsinin oyununda ilk qol vurulub.

Redaktor.az xəbər verir ki, 17-ci dəqiqədə fərqlənən Qonsalu Ramuş Pireney təmsilçisini hesabda önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında üz-üzə gələcək Portuqaliya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, Pireney təmsilçisinin baş məşqçisi Fernandu Santuş komandanın lideri olan Kriştianu Ronaldonu ehtiyatda saxlayıb.

Beləliklə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Vilyam Karvalyu, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

İsveçrə: Qreqor Kobel, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Edimilson Fernandeş, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Brel Embolo, Ruben Varqas

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.