Pelenin son durumu açıqlandı

 23:55 06.12.2022     177

Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin son durumuna aydınlıq gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə veteran hücumçunun müalicə aldığı xəstəxana məlumat yayıb.

Qeyd oilunub ki, Pelenin səhhəti getdikcə yaxşılaşır: "Xəstənin durumunda müsbət dinamika müşahidə olunur. O, adi palatada qalır, həyati göstəriciləri sabitdir. Şüuru yerindədir, yeni fəsadlar yoxdur".

Xatırladaq ki, daha əvvəl bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin vəziyyətinin pisləşdiyi və artıq kimyaterapiyaya cavab vermədiyi deyilirdi.