1/4 finalın təqvimi - DÇ-2022

 09:13 07.12.2022     258

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsi başa çatıb.

Redaktor.az-ın məlumatına görə, keçirilən oyunlardan sonra 1/4 finalın bütün cütləri müəyyənləşib.

Belə ki, növbəti mərhələdə Xorvatya - Brazilya, Niderland -  Argentina, Mərakeş  - Portuqaliya və İngiltərə - Fransa cütləri üz-üzə gələcək.

1/4 finalın təqvimi aşağıdakı kimidir:

9 dekabr 2022-ci il

Saat 19:00. Xorvatiya - Braziliya
Saat 23:00. Niderland - Argentina

10 dekabr 2022-ci il

Saat 19:00. Mərakeş - Portuqaliya
Saat 23:00. İngiltərə - Fransa

Qeyd edək ki, mundialın yarımfinal matçları dekabrın 13 və 14-də, 3-cülük oyunu ayın 17-dı, final isə 18-də keçiriləcək.